Muğamlarımız Estoniyada səslənib

 

   Mayın 29-dan iyunun 2-dək Tallinndə “Orient” ənənəvi Şərq mədəniyyəti festivalı keçirilib. Festival çərçivəsində Cabbar Qaryağdı adına üçlüyün konserti olub. Xalq artisti Mələkxanım Əyyubovanın xalq artistləri Fəxrəddin Dadaşov və Möhlət Müslümovun müşayiəti ilə ifa etdiyi “Şüştər”, “Mahur”, “Mahur-hindi” muğamları böyük maraqla qarşılanıb. Konsertdə Estoniyanın keçmiş prezidenti Arnold Rüytel, Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov, səfirliyin əməkdaşları, Estoniyanın mədəniyyət xadimləri, Azərbaycan diasporunun, Estoniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 8.